3 İyul 2019- cu il tarixində Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmovun anım gününə həsr olunmuş tədbir keçirilmişdir.

3 İyul 2019- cu il tarixində Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred)
Məhərrəmovun anım gününə həsr olunmuş tədbir keçirilmişdir.Ilk öncə 2-ci
Fəxri Xiyabanda Milli Qəhrəmanımızın məzarı ailə üzvləri, hərbçi yoldaşları,
media nümayəndələri, şəhid ailələri və bir qrup ziyalı tərəfindən ziyarət
edildi, ruhuna dualar oxundu.Daha sonra tədbirin rəsmi hissəsi C.Cabbarlı
adına Respublika Gənclər Kitabxanasında daha etdi.
Tədbir şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başladı.
Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. Tədbiri
giriş sözü ilə C.Cabbarlı adına Respublika Gənclər Kitabxananın direktor
müavini Xalidə Musayeva açaraq tədbir iştirakçılarını salamlayaraq bu
layilənin silsilə şəklində davam edəcəyini bildirdi. Layihə rəhbəri Elnurə
İsgəndərovaya və təşkilatçı Aygün İsgəndərovaya təşəkkürünü bildirdi,
uğurlar arzuladı. Daha sonra sözü Elnurə İsgəndərovaya verdi. Elnurə xanım
layihənin məqsədinin gənclər arasında vətənpərvərliyin təbliği və Milli
Qəhrəmanlarımızın şərəfli həyat yolunun daha dərindən öyrənilib
aşılanmasıdır. Sonra Elnurə xanım sözü Prezident yanında QHT-larına
dəstək şurasının üzvi, Tərxis olunmuş Hərbiçilərin Gənləri Maarifləndirmə
İB-nin sədri, politoloq Emin Həsənliyə verdi. Emin müəllim öz çıxışında Asif
Məhərrəmovun şərəfli həyat yolundan və onunla bağlı xatirələrindən geniş
bəhs etdi və Asif Məhərrəmovun xatirəsinə həsr olunmuş “Haqqa həsr
olunmuş ömür” filmini izləməyə dəvət etdi.
Filmi izlədikdən sonra istedadlı, vətənpərvər, gənc rəssam Fərman
Qasımov Milli Qəhrəman Asif Məhərrəmovun portretini canlı-canlı işləyərək
ailəsinə xatirə hədiyyəsi etdi.
Tədbir iştirakçılarından ehtiyatda olan polkovnik-leytenant Zakir Qarayev,
Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyev, Yazıçıpublisist, tərcüməçi Azər Hacıbəyli, Vətən səsi qəzetinin baş redaktoru Elşən
Əliyev, Respublika Şəhid Ailələrinə qayğı cəmiyyətinin sədri Əliyev Müşfiq,
veteran Elxan Həşimov, Xocalı Soyqrımını tanıtım İB-nin sədri Şamil
Sabiroğlu, Milli Qəhrəman Cavanşir Rəhimovun anası Lalə Rəhimova,
Dünya, Ana və uşaqlar İB-nin sədri Dünyaxanım Əliyeva və başqaları Milli
Qəhrəman Asif Məhərrəmov haqqında öz dəyərli fikirlərini, xatirələrini
bölüşdülər.
Sonda Milli Qəhrəmanın ailə üzvlərindən qardaşı Milli Qəhrəman Asif
(Fred) Məhərrəmov adına İnkişaf Fondunun sədri Ədalət Məhərrəmov və
Milli Qəhrəmanın yeganə yadigarı, oğlu qol güləşi üzrə Dünya və Avropa
çempionu Azər Məhərrəmov C.Cabbarlı adına Respublika Gənclər
Kitabxanasının rəhbərliyinə, Aygün və Elnurə İsgəndərovalara və
iştirakçılara tədbiri ərsiyə gətirdiklərinə görə dərin təşəkkürlərini
bildirdilər.
Xüsusi müxbir: Aygün Oqtay
Fotoqraf: Vüsalə Yunusova