Mingəçevirdə övladını xəstəxanaya gətirən ata orada özünü benzinlə yandırıb

Mingəçevirdə orta yaşlı kişi üzərinə benzin tökərək özünü yandırıb.

Dunyaxeber.info APA-nın Mingəçevir bürosuna istinadən məlumatına görə, hadisə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının həyətində baş verib.

Bildirilir ki, qıcolma xəstəsi olan övladını xəstəxanaya gətirən ata – 1990-cı il təvəllüdlü İsmayılov İmamverdi Səxavət oğlu uşağın durumundan keçirdiyi narahatlığın psixoloji təsiri altında intihara cəhd edib. O, gözlənilmədən üzərinə benzin tökərək özünü yandırıb. Ətrafdakıların köməyi ilə söndürülən şəxs çoxsaylı yanıq xəsarətləri ilə dərhal xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.