Mədət Quliyev yeni təyinatından danışdı: “Mənim üçün gözlənilməz oldu”

Prezident İlham Əliyevin sərəncamı ilə nazir postuna gətirilən Mədət Quliyev yeni təyinatı ilə bağlı açıqlama verib.
“Biz əsgərlərik. Dövlət başçımız uğurla, qətiyyətlə, mətinliklə dövlətimizi irəli aparır və dövlətimiz inkişaf edir. Belə olan yerdə biz dövlətimizin əsgərləriyik və xidmət etməliyik”-  deyə o, bildirib.
Mədət Quliyev yeni təyinatının onun üçün gözlənilməz olub-olmadığı barədə suala  belə cavab verib:
“Ümumiyyətlə, bu günə qədər olan bütün təyinatlarım mənim üçün gözlənilməz olub. Lakin təyinatlarımdan sonra həmişə öz xidmətlərimlə məşğul olmuşam”.
Mədət Quliyev təyinat yerində həvəslə işə başladığını deyib: “Dünya inkişaf edir. Bu sahə dövlət başçımızın xüsusi nəzarətindədir. Prezidentimiz bu istiqamətdə öz tapşırıqlarını verib və biz də onu yerinə yetiririk”.
Bu təyinata görə Prezident İlham Əliyevə təşəkkürünü çatdıran Mədət Quliyev deyib ki, Ali Baş Komandanın bu ali etimadını öz xidmətləri ilə yüksək səviyyədə doğruldacaq.
Nazir qeyd edib ki, ona tapşırılan sahənin inkişafı, dövlətimizin müdafiəsi və təhlükəsizliyi, milli maraqları üçün bundan sonra da şərəflə Azərbaycana xidmət göstərəcək.
Musavat.com