GƏMİQAYA RƏSMLƏRİ TAMAMƏN NUH NƏBİ İLƏ BAĞLIDIR

Nuhun gəmidən enmiş adamlarının bizim kimi gələcək nəsillərinə ötürdükləri mesecdir: 

“Su burada bizi quruya çıxmağa imkan verdi. Bu da biz, itimizlə! Çıxdıq ətrafı öyrənək.”

Arxadakı dairəvi dalğalar burulğanlı daşqının təsviridir, şübhəsiz. Dalğalardan soldakı gəmiyə oxşar şəkil Gəmiqayada çivə çalınmış Nuhun gəmisidr. Dairədən ayrılan su şırımı gəminin su sahilində bərkidlidiyini söyləyir. Gərgin fiziki və mənəvi ölüm-dirim mübarizəsində keçən 375 gündən sonra o, nəhayət, quru üzü görüb.

Nuhun quruya çıxmış ilk adamlarının daşa qazıdıqları piktoqam yazısı bunları danışır bizə. (1-ci şəkil).

Gəminin qalıqlarını Ağrı (Ararat) dağında deyil, bu bölgədə axtarmaq lazımdır.

***************************
2-ci ŞƏKİL: Gəmidən endirilmiş heyvan növləri. Nuh gəmisinə bütün növ canlıları toplamışdı yazır İncil. Soldakı dinozavrdır. Zürafə də ola bilər, Amma ona oxşamır. Təmiz dinozavrdır. O Azərbaycanda tarix boyu olmayıb. Hər halda hələlik onun qayada və ya torpaqda artefaktı tapılmayıb nə Naxcivanda, nə Azərbaycanın materikində, nə Qərbi, nə Cənubi Azərbaycanda. Qədim naxçıvanlının onun barəsində təssəvürü belə yox idi. Bəs naxçıvanlı ulu baba görmədiyi dinozavrı daş səthinə necə qazıyırdı? Bu, gəmidən endirilmiş yeganə növüdür. Göünür, onların köklərinin yüz min illər bundan öncə tamam kəsildiyi ideyası həqiqətə uyğun deyil. Gəmi 30-35 min il qabaq Babildən-Naxçıana səfər edib.

Dinozavr dediyimiz heyvanın ağzına yaxın – göydə qanadlarını gərmiş quş elə Naxçivanın öz göylərində cövlan vuran yerli qartaldır. Uzaq səmada olduğunu vemək istəyən daş ustası onu beləcə nazik, kiçik çəkib. O gəmiyə doğru uçur, gəmidən qalxmayıb. Amma sağda iribuynuzlu dağ keçisi bu an gəmidən düşürdülüb. Onun belində görsənən ortasından su altında yerə sancılmış gəmi mərkəzdəki dor ağacı ilə (ağ çərçivədə) – əslində arxa plandadır və kiçik çəkiblər ki, onun çox uzaqda olduğunun təsəvvürünü yaratsınlar. Hətta gil yazılı şəkilli tablolarda da arxa fondakı fiqurlar beləcə öndəkilərlə üst-üstə düşmüş kimi təsvir edilir. Hətta bizdəki Orta əsr miniatürlərində də. Sadəcə əzəl və qədim rəssamlar məsafəni veməyi bacarmayıblar.

Onu da qeyd edim ki, ağ çərçivəyə salınmış dor ağacı altındakı n şəkilli fiqur dorun gəmiyə bərkidilmiş ayaqları deyil, xeyir. O копус heyətinin içində yaşadığı nəhəng evdir – palubadır. Gəminin ortasındakı dor ağacı palubanın damına bərkidilə bilməzdi. Bu, təbiidir. O evin ortasından keçıb gəminin fundamentinə bərkidilir və hətta gəmiyə tarazlıq vermək və lazım olanda onu suyun üstündə saxlamaq üçün suyun içinə doğru keçib gedə bilərdi. Gəminin altındakı biy dor aşaçının davamıdı. O həm gəminin balansı, həm də onun su üzündə dayanması üçün lövbər rolunu da oynaya bilərdi.

3-cü şəkil 2-cidən alınıb yaxşı görünsün deyə onun böyüdülmüşdü. 4-cü şəkil 3-cünün 90* sola əyilmiş forması. Şəkldəki otasında yaşamaq üçün ev, dor ağacı və lövbərə malik gəmi olduğuna şübhə qalmır.

Нет описания фото.
Нет описания фото.
Нет описания фото.