Avropa-Qafqaz-Asiya Beynəlxalq Nəqliyyat Dəhlizi” Proqramı ilə (TRACECA) bağlı elmi-seminar keçirilib

Tədbir “Azərbaycan Gənclik Platforması” və “Elmi Araşdırmalar İctimai Birliyi” tərəfindən, Beynəlxalq Avrasiya Mətbuat Fondunda təşkil olunub. Tədbirin təşkilatçısı Fariz Vəliyev bildirib ki qarşımızda duran əsas məqsədimiz TRACECA layihəsinin önəmlərini,iqtisadi zəzurətlərini və əməkdaşlıq potensialının inkişafını gənc nəsilə aşılamaqdır. “Elmi Araşdırmalar” İctimai Birliyinin sədri Telman Qasımov Avropa-Qafqaz-Asiya Beynəlxalq Nəqliyyat Dəhlizi” Proqramının əhəmiyyətini vurğuladı. Qeyd edək ki, keçirilən tədbirdə Türkiyə səfirliyinin nümayəndəsi Cengiz Güneş, Atlas Araşdırmalar Mərkəzinin rəhbəri və siyasi analitik Elxan Şahinoğlu, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı, Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri , Azərbaycan Dövlət Pedaqoji Universiteti, QHT nümayəndələri və əcnəbi tələbələr iştirak edib.