“Uşağlarla birlikdə gülək” adlı xeyriyyə tədbiri keçirilib

23.04.2019-cu il tarixində 1 saylı sağlamlıq imkanları məhdud gənclərin peşə reabilitasiya mərkəzində Mailə xanimin təşkilatçılığı ilə “Uşağlarla birlikdə gülək” adlı xeyriyyə tədbiri keçirilib. Tədbirin aparıcısı Ramin Seid tədbiri aciq elan etdi. Qonaqları salamlayan tədbirin təşkilatçısı Mailə xanım başda mərkəzin rəhbəri Rəhilə xanım və bütün işçilərinə,tədbirə böyük dəstəyinə görə Hacı Eldəniz Babayevə,müğənnilərə,media işçilərinə dərin təşəkkürünü bildirdi. Sonra tədbir Rza Zaman, Aydin Sani, Zaur Gəncəli, Aygün Nəbiyeva,Səid Nəbiyev,Rövşən Şanson,Məcid Şamiloğlu və.s muqənnilərin ifasinda rengarəng musiqilərlə, Şair Rəhim Mehnət və Mətanət Qutsinin seyirləri ile davam etdi. Sonda uşaqlarimiz yemək ve ərzaqla təmin olundular. Bununlada usaqlarla birlikdə gulək adlı tədbir sona catdı.
Mailə Kamran.