«QİÇS-lə bağlı mübarizə tədbirləri” adlı maarifləndirici seminar təşkilk olundu

Dekabırın 2-də Sabunçu rayon MKS- nin 12 saylı Kitabxana filialı Şuşa rayon 7 nömrəli orta məktəb “Sübhan Sosial İctimai Problemlər Həllinə Yardım” İctimai Birliyi ilə birgə «QİÇS-lə bağlı mübarizə tədbirləri” adlı maarifləndirici seminar təşkilk olundu.
Tədbirdə 12 saylı Kitabxana filialınını əməkdaşları ,Şuşa rayon 7 nömrəli orta məktəbşagird və müəllim killektivi, AMEA -nın Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun gənc alimlər şurasının üzvi,” Sübhan Sosial İctimai Problemlər Həllinə Yardım” İctimai Birliyin sədri Gülnarə Hüseynova, EGE hospitalın pediastr uzmanı Günay Usubova, B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Kliniki laboratoriyasının əməkdaşları Vüsalə Mirzəyeva,Samira Haciyeva və Libra Kitab Nəşriyyatını redaktoru Nicat Əliyev iştirak etdilər.
”Sübhan Sosial İctimai Problemlər Həllinə Yardım “İctimai Birliyin sədri Gülnarə Hüseynova çıxışında şagirdlərə sağlam həyat tərzi nədir və sağlam olmaq üçün nələrə əməl edilməsi haqqında tövsiyyələrlə çıxış etdi.
Tədbir iştirakçıları yeniyetmələrə tövsiyyələr verərək bildirdilər ki , dekabrın 1-i dünyada QİÇS-lə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) Mübarizə Günü kimi qeyd edilir. Dünyada HİV virusunun artım sürəti təqvimdə onunla əlaqədar beynəlxalq günün ayrılmasına səbəb olub. Bütün dünyada həmin gün QİÇS epidemiyası haqqında, onun bəşəriyyət üçün doğurduğu fəlakətin miqyası, XX əsrin vəbası hesab olunun infeksiyanın XXI əsrə adlayaraq təhlükə törətməsi barədə danışılır.
Ölkəmizdə QİÇS ilk dəfə 1987-ci ildə qeydə alınıb. Həmin vaxtdan 2019-cu il iyulun 1-dək Respublika QİÇS-lə Mübarizə Mərkəzində rəsmi olaraq 6502 İİV-infeksiyalı xəstə qeydiyyata alınıb, onlardan 4568 nəfərini kişilər, 1934-ü nəfərini qadınlar təşkil edir.

Libra Kitab Nəşriyyatından 60 nüsxə kitab şagirdlərə hədiyyə olundu.
Tədbirin sonunda B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Kliniki laboratoriyasının əməkdaşları Vüsalə Mirzəyeva,Samira Haciyeva uşaqların ümumi qan analizinin göstəricilərinin təyin edilməsi üçün səyyar laboratoriya təşkil olunmuşdur.