“Onlara qarşı mübarizə aparmaq üçün meydana atılmışıq”

Fuad Muradov Məlum olduğu kimi, müasir dünyada irili-xırdalı, təxminən, 5000-dən artıq xalq mövcud olsa da, BMT iqamətgahında bayrağı dalğalanan müstəqil dövlətlərin sayı bu gün 200-dən bir qədər çoxdur. Hər bir xalqın müstəqil dövlət quruculuğu yolu bir sıra mühüm daxili və xarici amillərlə şərtlənir. Azərbaycan xalqı əlverişli tarixi şəraitdən və özünün siyasi, iqtisadi, mədəni və intellektual potensialından istifadə edərək XX əsrin sonunda çoxdankı istiqlal arzusunu yenidən gerçəkləşdirdi. Lakin müstəqillik dövrünün qısa tarixi ümummilli lider Heydər Əliyevin belə bir fikrini təsdiq edir ki, “müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi və əbədi olması bundan da çətindir”. Müsahibimiz də Heydər Əliyev ideologiyasını yaşadan, Milli Fədailər Hərəkatını sədri Fuad Muradovdur. O, rəhbərlik etdiyi Milli Fədailər Hərəkatının antimill ünsürləri qarşı hər zaman mübarizə aparacağını bildirib: -Fədailər Hərəkatı hansı vaxtdan fəaliyyətə başlayıb? 9 aydır ki, fəaliyyət göstəririk. Bizim fəaliyyət isitqamətimiz milli vətənpərvərlik, dövlətçilik, milli ideologiya və Heydər Əliyev ideologiyasını yaşatmaqdan ibarətdir. Azərbaycana qarşı yönəlmiş antimmili ünsürlərə qarşı hər zaman mübarizə aparacayıq. Son dönəmlər dövlətin nüvuzuna xələ gətirən antimilli ünsürlər fəalllaşıb. Bu səbəbdən, onlara qarşı mübarizə aparmaq üçün meydana atılmışıq. Bununla bərabər, milli mənəvi dəyərlər yaşadır və vətənpərvərlik yolumuzu davam etdiririk. Azərbaycanın ərazi bütövlüyünü və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş şəhidlərimizi gələcək nəsillərə çatdırılması istiqamətində də təbliğat işləri aparırıq. Bizim fəaliyyətimiz bu yöndədir. Bundan sonra da fəaliyyimiz dövlət və milli maraqlar, Heydər Əliyev ideologiyası olacaqdır. Qeyd edək ki, bizim heç bir siyasi ambisiyamız yoxdur. Məqsədimiz odur ki, dövlətçi, vətənpərvər gəncləri ətrafımıza sıx şəkildə birləşdirək. Hər zaman milli maraqlar, siyasi maraqlardan qat-qat üstün olub. Biz Milli ideologiya mərkəzini daha da mökəmləndirməli və ətrafında sıx birləşməliyik. Ötən əsrin sonlarına doğru çoxəsrlik tarixi mücadilənin yekunu kimi dövlətçiliyini bərpa edən, azadlığa qovuşan Azərbaycan xalqının milli inkişaf yolunun və ideologiyasının formalaşması da məhz ulu öndər Heydər Əliyevin müstəqil respublikamıza rəhbərliyi dövrünə təsadüf edir. Bütün ruhu, qanı, canı ilə özünü azərbaycanlı sayan ümummilli lider cəmiyyətin bütövləşməsi, azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində mühüm işlər görərək ümumxalq birliyinin dərin politoloji və nəzəri əsaslarını irəli sürdü. Böyük strateq azərbaycançılığın tarixən formalaşmış ayrı-ayrı komponentlərini vahid sistem və konsepsiya halına gətirərək onu dövlət idarəçiliyinin elmi-nəzəri əsasına çevirdi. Məhz Heydər Əliyev dühasının səyi ilə azərbaycançılıq mahiyyətcə real məzmun daşıyaraq praktikada realizə imkanları qazandı. -Hardansa maliyələşirsizmi? Biz bu addımı öz təşəbbüsümüzlə atmışıq. Burda bizim hər hansısa bir hökümətyönümlü və yaxud da hansısa bir məmurdan maliyələşmə prosesi getmir və bu bizim təşəbbüsmüzlə həyata keçirilir. Çox şükürlər olsun ki, bu gün demokratik bir cəmiyyətdə fəaliyyətimizi geniş və çoxşaxəli şəkildə apara bilirik. Bu onun göstəricisidir ki, Azərbaycan hüquqi bir dövlətdir. Əgər Azərbaycan hüquqi bir dövlət olmasaydı təbii ki, bizim üçün də çox problemlər ola bilərdi. -Cənab Prezidentin son islahatlarını necə qiymətləndirirsiniz? Cənab Ali Baş Komandanın islahatlarını çox geniş və müsbət şəkildə dəyərləndiririk. Bu gün cənab Prezident bizim kimi gənclərə inanaraq bu islahatları aparır. Hər kəs bunu qara piyar edərək, başqa siyasi sferalarda öz məqsədləri üçün istiafadə edərək lələ yaxaraq kölgədə qoymağa çalışır. Biz artıq dövlətçilik anlayışını dərk etməyə çalışırıq. Biz 150 illik dövlət anlayışını 30 ilə dərk etmişik. Çünki, islahatların gedişatı çoxşaxəlidir. Gördüyünüz kimi, parlamentin buraxılması ilə də cənab prezident bir çox mesajları ötürmüş oldu. Cənab Prezident dəfələrlə çıxışlarında islahatların davam edəcəyini qeyd edib. -Bəzən məmurlar Prezidentin apardığı islahatlara mane olmağa çalışır. Bu tip məmurlara qarşı necə mübarizə aparırsınız? Ümumiyyətlə, məmurlara qarşı bu günki gündə cənab Prezident çox gözəl bir mövqe ortaya qoyub. Vətəndaşı və cəmiyyət qınağı olduğu halda cənab Prezident bundan xəbərdar olur. Ali Baş Komandan dəfələrlə qeyd edib ki, mətbuat və vətəndaşlar mənim görən gözümdür. Məmur özbaşınalığı halları olduqda isə, cənab Prezident vəzifədən uzaqlaşdırmaqla bərabər cəzalandırır. Məmurlar da hər zaman öz sədaqətini və dövlətçilik prinsiplərini və cənab Prezidentə düzgün xidmət anlayışını bir mənalı şəkildə anlamalıdırlar. Məmurlar hər zaman xalqla ölkə başçısı arasında sevgi rolunu oynamalıdırlar. Təəssüf ki, onlar bəzən bu məsuliyyətdən qaçırlar. -Hazırda Fədailər Hərəkatında nə qədər üzv var? Hazırda təşkilat rəsmi qaydada qeydiyyata alınmasa da, təşkilatlanmamaız çox sürətlə gedir. Ətrafımızı daha da genişləndiririk. Hazırda üzvlərimiz, idarə heyətiylə bir yerdə 100-ə yaxındır. Amma biz bir nəfəri 20 nədər kimi qəbul edirik. Daha çox gənclər və nüfuzlu şəxslər üstünlük təşkil edir. Gündən-günə ətrafımız genişlənməyə başlayır. -Gələcək planlarınız nədən ibarətdir? Gələcək planlarımız əsasən, xalqın arasında olan narazı kütləni, vətəndaş müxalifliyini və haqlı səbələrdən narazı salan kütləni ətrafımıza toplayaq və onların problemlərini hüquqi yolla həll olunmasına çalışaq. Bizim radikal müxalifətimiz ölkənin dövlətin imicinə zərər vuran insanlardır. Ümummilli lider Heydər Əliyev həmin tarixi tədbirdəki çıxışında dünya azərbaycanlıları arasında milli birliyin və həmrəyliyin təmin edilməsi, Azərbaycan dövləti ilə dünya azərbaycanlılarının əlaqələrinin möhkəmləndirilməsi, qarşıya çıxan problemlərin həllində səylərin birləşdirilməsi, Azərbaycan dilinin və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, inkişaf etdirilməsi zərurəti ilə bağlı tövsiyə xarakterli fikirlərini söyləmişdir. Azərbaycanın beynəlxalq nüfuzunun daha da artırılması, müxtəlif ölkələrdə dilimizin, tariximizin, mədəniyyətimizin yüksək səviyyədə təbliği, Ermənistanın təcavüzkarlıq siyasətinin ifşası, bədnam erməni lobbisinə qarşı sistemli və ardıcıl əks-hücumun təşkili məsələləri qurultayın qarşıya qoyduğu başlıca vəzifələr olmuşdur.