“Çində, Poşada “full” təqaüdlə təhsil alan tələbələrimiz var

 SMART STUDY “İnformasiya təhükəsizliyi sahəsində tədrisə başlanılıb” Müasir dövrdə təhsilin iqtisadi həyatda artan rolu Azərbaycanda prioritet istiqamət kimi bilik iqtisadiyyatının formalaşdırılmasını və insan kapitalının inkişafına dövlət dəstəyinin davam etdirilməsini, ümumən ölkədə ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılmasını müstəsna dərəcədə əhəmiyyətli edir. İnkişaf etmiş ölkələr davamlı və uğurlu iqtisadi tərəqqiyə məhz ali təhsil sisteminin beynəlxalq standartlar səviyyəsinə yüksəldilməsi sayəsində nail olmuşlar. Gənclərimizi düşündürən suallardan biri də “xaricdə necə təhsil ala bilərəm?” sualıdır. Mövzuyla bağlı “Smart Study” təhsil şirkətinin direktoru Şirin Şirinliylə həmsöhbət olduq: “Şirkət artıq bir neçə ildir fəaliyyət gösstərir. Əsasən xaricdə təhsil istiqamətində faəliyyədədir.Avropa, Amerika, Kanada və digər ölkələrə bakalavr, magistr təhsili yönündə tələbələri göndəririk. İldə 50-yə yaxın tələbə göndəririk. Öz şəxsi büdəcəsiylə gedənlər də olur, eyni zamanda təqaüdlə gedənlər də. Qeyd edim ki, bizim keçən il Almaniyaya təqaüdlə göndərdiyimiz tələbələr çoxdur. Çində, Poşada “full” təqaüdlə təhsil alan tələbələrimiz var. Xaricə göndərdiyimiz tələbələrin viza və digər sənədləşmə işlərini də şirkətimiz həyata keçirir. Onlar heç bir təhsil haqqı ödəmirlər, əlavə olaraq da aylıq müəyyən miqdarda təqaüd alırlar. Proqram çərçivəsində təhsil almış və Azərbaycana qayıdaraq müxtəlif müəssisə və təşkilatlarda çalışmağa başlamış məzunlar ixtisas sahələrinə uyğun əmək fəaliyyəti ilə bərabər, qazandıqları bilik və təcrübəni ölkənin ali təhsil müəssisələrində paylaşaraq akademik fəaliyyətlə də məşğuldurlar. Əsas hədəfi ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, ölkəmizdə yeni nəsil mütəxəssislərin yetişdirilməsi, Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsidir. Bizim şirkətdə informasiya təhlükəsizliyi sahəsində dərs keçirilir. Dərsin tədris olunmasında əsas məqsəd, informasiya təhlükəsizliyinin pozucularına qarşıneqativ münasibət yaratmaq və gənclərimizi bu yöndə peşkar istiqamətdə öyrətməkdir. Biz də eyni zamanda dil kursları da fəaliyyət göstərir. İngilis, koreya, alman, fıransız, rus və digər dillərdən tədris keçirilir. Qeyd edim ki, bizə gələn tələbələr əvvəlcə sınaq dərslərindən keçirilir. Daha sonra tədrisə başlayır”