Gəncə,Mingəçevir, Şəkiyə səfər edilərək,”Hər qaranlığı işıq qovar”adlı qısametrajlı film nümayiş etdirildi

Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və “Dünya Ana və Uşaqlar” İctimai Birliyinin təşkilatçılığı ilə”Məişət zəminində baş verən zorakılıqlara susmayaq!” layihəsi çərçivəsində regionlarımıza-Gəncə,Mingəçevir, Şəkiyə səfər edildi.Bu gün Avropa ölkələrində baş verən məişət zorakılığı hallarına əfsuslar olsun ki, bizim ölkəmizdə də rast gəlinir. Paytaxt Bakı olmaqla,ölkəmizin regionlarında da belə hallar baş verir. Azərbaycanda baş verən məişət zorakılığı və onun törədilən fəsadlarını aradan qaldırmaq, həmçinin gələcəkdə baş verməməsi üçün çox böyük işlər görülməkdədir.
Bu günümüz,sabahımız,gələcəyimiz olan gənclər arasında güclü təbliğata ehtiyac duyulur. Bu baxımdan “Məişət zəminində baş verən zorakılıqlara susmayaq!” layihəsi çərçivəsində regionlarımıza-Gəncə,Mingəçevir, Şəkiyə səfər edilərək,”Hər qaranlığı işıq qovar”adlı qısametrajlı film nümayiş etdirildi. Film Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri -Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilmişdir. Filmdə məişətdə gedən zorakılıqlara yol verilən problemləri aktyorlarımız tərəfindən çatdırıldı.Filmdə həmçinin sosioloq Əhməd Qəşəmoğlu bu cür xoşagəlməlməyən problemlərin baş verməməsi üçün çox böyük fikirlər söyləyərək ətraflı məlumat verdi.Sənədli film gənclərimiz tərəfindən diqqətlə izlənilərək zalda böyük alqışlara səbəb oldu.
Tədbirdə layihə rəhbəri “Dünya Ana və Uşaq ” İctimai Birliyin sədri Dünyaxanım Əliyeva, təlimçi -ekspert Ayaz Nurməmmədov, Gəncə Dövlət Regional Kollecinin direktor müavini Elşad Abbasov, Mingəçevir “Gənclər Evi”nın direktoru Tural Kərimov,Şəki Dövlət Regional Kollecinin direktoru Sərdar Şərifov,təlim – tərbiyyə üzrə müəllim Rafiq Səmədov öz çıxışlarında məişətdə baş verən zorakılıqların qarşısını almaq həllinin yolları haqqında ətraflı çıxış etdilər.Hər üç şəhər -Gəncə,Mingəçevir, Şəki ali təhsil ocağının tələbələri ilə bu mövzuda sual – cavab aparıldı .Hər üç təhsil ocağının konfrans zallarında böyük canlanma müşahidə olunurdu . Televiziyaların retinq xətrinə nümayiş etdirdikləri bəzi xoşagəlməz verilişləri nümunəvi – əxlaqi keyfiyyətləri özündə əks etdirən verilişlərlə əvəz edilməsi haqqında tələbə gənclər bir çox təqdirəlayiq hal kimi təkliflər irəli sürdülər. Layihənin rəhbəri Dünyaxanım Əliyeva və təlimçi – ekspert Ayaz Nurməmmədov onları diqqətlə dinləyib suallarına cavab verərək,irəli sürülən təklifləri dəyərləndirdilər.
Bu gün gəncliyimizin intektual səviyyəsinin yüksək olması təhsilimizin inkişafının göstəricisidir.Onu da qeyd etmək lazımdır ki,olduğumuz regionlarda – Gəncə, Mingəçevir və Şəki şəhərində kolleclər də yaradılan şərait ürəkaçan idi.Hər üç təhsil ocağı əsaslı təmir olunmuşdur.
RƏSMİYYƏ HEYBƏTAĞAQIZI