GÖZ YAŞLARI İÇƏRİSİNDƏ ACI HƏSRƏT

Aramızdan ağrı-acılı anları əzizlərinə, yaxınlarına, dostlarına, tanışlarına yaşadan bir insan da bu dünyadan köçdü – Hüseynov İdris Aslan oğlu.
O, 1943-cü ildə İmişli rayonunda dünyaya göz açmış, indiki Bakı Dövlət Universitetinin Kimya fakultəsini öz yüksək savadı və biliyi ilə bitirmiş, ilk əmək fəaliyyətinə Azərbaycan Neft-kimya prossesləri institutunda başlamışdır. 1980-cı illərdə elmi işini Moskva şəhərində müdafiə edərək Kimya elmlər namizədi adına layiq görülmüşdür. Uzun müddət Azərbaycan Elmlər Akademiyasında böyük elmi işçisi kimi çalışaraq, Azərbaycan elminə öz töhvəsini vermişdir. Bu müddət ərzində işlədiyi kollektivdə yüksək hörmət və dərin nüfuz qazanmışdır.
Onu tanıyan hər bir kəs xarakterizə edərkən, təkcə elmi intelektual səviyyəsini deyil, yüksək insani dəyərlərə, mədəniyyətə, əhatəli dünya görüşə malik olan diqqətcəkici bir şəxsiyyət kimi canlandırır.
Belə bir şəxsiyyətin itirilməsi təkcə onu tanıyanlar üçün deyil, Azərbaycan elmi üçün də ağır bir itkidir. Amansız əcəl bütün ömrünü elinə-obasına, xalqına və Azərbaycan elminin tərəqqisinə həsr etmiş bu gözəl insanı, ürək catışmamazlığı xəstəliyi ilə aramızdan alaraq 22.11.2019-cu il tarixində əbədiyyətə qovuşdurdu. Allah rəhmət eləsin, ruhu şad olsun!
Onun ölümü bizi acı göz yaşları içində həsrətdə qoydu.
Şeriyətə böyük məhəbbəti olan mərhumun ruhuna:

Dünya nə şirinsən, sənin dadını,
Bilməyən də yazıq, bilən də yazıq.
Razı buraxmırsan bir övladını,
Ölməyən də yazıq, ölən də yazıq.
Kimisinin bəndə düşür gəmisi,
Kimisinin məhsul vermir zəmisi.
Ağlayır kimisi, gülür kimisi,
Ağlayan da yazıq, gülən də yazıq.

HÜSEYN ASLAN

GÖZ YAŞLARI İÇƏRİSİNDƏ ACI HƏSRƏT
GÖZ YAŞLARI İÇƏRİSİNDƏ ACI HƏSRƏT
GÖZ YAŞLARI İÇƏRİSİNDƏ ACI HƏSRƏT