Azərbaycanlı döyüşçü Abu-Dabidə qələbə qazanıb

Azərbaycanın və “Qəbələ” İdman Klubunun MMA döyüşçüsü Bəxtiyar Abbasov növbəti qələbəsini qazanıb.

Apasport.az saytının məlumatına görə, 33 yaşlı idmançı “UAE Warriors9” çərçivəsində uğur əldə edib.

O, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə təşkil olunan nüfuzlu yarışda Belarus təmsilçisi İqor Litoşiklə üz-üzə gəlib. Orta çəki dərəcəsində çıxış edən Bəxtiyar döyüşü qələbə ilə başa vurub. “Mubadala Arena”dakı döyüş Abbasovun peşəkar karyerasında keçirdiyi 23-cü qarşılaşma olub. O, özünün 18-ci qələbəsini bayram edib.