20 yaşlı bacısını qəbiristanlığa aparıb başını kəsdi – Azərbaycanda DƏHŞƏTLİ CİNAYƏT – FOTO/VİDEO (YENİLƏNDİ)

Video əlavə olunub.

Abşeronda baş verən qətllə bağlı cinayət işi başlanılıb.

Bu barədə  açıqlamasında Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov məlumat verib.
O bildirib ki, noyabrın 24-də saat 17 radələrində 1996-cı il təvəllüdlü Babək Fərzalıyevin 1999-cu il təvəllüdlü bacısı Aytən Fərzalıyevanı öldürməsi faktı ilə bağlı daxil olan məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilmişdir.

İlkin istintaqla hadisənin Babək Fərzalıyev tərəfindən Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində yaxın qohumlarının məzarını ziyarət edərkən qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı özü ilə gətirdiyi bıçaqdan istifadə edərək A.Fərzalıyevaya çoxsaylı xəsarətlər yetirməklə törədilməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Babək Fərzalıyev Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, müdafiəçinin iştirakı ilə dindirilərkən A.Fərzalıyevanı qəsdən öldürməsini etiraf etmişdir.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Unikal.org-un əldə etdiyi məlumata görə, dünən qardaşı əri həbsdə olan bacısı Aytən Fərzəliyevanın başını kəsib. Mərhumun Ümid adlı şəxslə qeyri rəsmi-nigahdan bir yaşında övladı olub. A.Fərzəliyevanın bir müddət Azərbaycan Uşaqlar Birliyinin sığınacağında yaşadığı sonra oradan ayrıldığı bildirilir.

Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Azərbaycan Uşaqlar Birliyininin sədri Kəmalə Ağazadə faktı təsdiqləyib:

“2014-cü ildə A.Fərzəliyevanın anası 1968-ci il təvəllüdlü Kifayət Vəli qızı Abbasova və onun bacısı 1997-ci il təvəllüdlü Yeganə Asəf qızı Fərzəliyeva yaşadıqları binanın 9-cu mərtəbəsindən özlərini ataraq intihar etmişdilər. Aytən polisə məlumata vermişdi ki, onları ölüm həddinə atası çatdırıb. Bundan sonra atası 4 il müddətinə həbs edildi.Qətlə yetirilən qadın hüquq-mühafizə orqanları tərəfindən bizim sığınacağa yerləşdirildi. Sonra isə Ümid adlı şəxslə tanış olduqdan sonra sığınacağı tərk etdi. Ailəsi ilə aralarında ev üstündə mübahisə var idi. Sənədlərini qaydasına salıb ailəsini məhkəməyə vermək istəyirdi.İndi eşidirəm ki, qardaşı namus üstündə onu öldürüb. Mərhumun əxlaqsızlıq etməsinə inanmıram. Heç bir yaşı olmayan övladı yetim qaldı. Körpə indi Aytənin rəfiqəsindədir.”

Video: Sevinc Xanqızı