Parkinson xəstəliyinin daha bir yaranma səbəbi məlum oldu

Alimlər Parkinson xəstəliyinin ehtimal olunan yaranma səbəblərindən birini açıqlayıb. Bu barədə “MedicalXpress” yazıb.

Tədqiqatçıların sözlərinə görə, antibiotiklərin istifadəsi onların qəbulundan 10-15 ildən sonra bu xəstəliyin inkişafına gətirib çıxara bilər.

Mütəxəssislər qeyd edib ki, Parkinson xəstəliyinin inkişafına daha çox geniş təsir spektrli və göbələk, eləcə də anaerob bakteriyalara qarşı mübarizə aparan maddələr təsir göstərir. Bu, həmin dərmanların bağırsaq mikroflorasına mənfi təsir göstərmələri ilə əlaqədardır.