Bakının abadlaşdırılmasında göstərilən dövlət qayğısı.

“Bilirsiniz ki, mən şəhərdə gedən abadlıq-quruculuq proseslərinə şəxsən nəzarət edirəm, bir çox layihələrin təşəbbüskarı olmuşam. Bu gün Bakı dünyanın ən gözəl şəhəri kimi inkişaf edir. Bakıya gələn qonaqlar, o cümlədən mənim həmkarlarım həmişə paytaxtda gedən quruculuq-abadlıq işləri haqqında öz təəssüratlarını bölüşürlər və qeyd edirlər ki, Bakı doğrudan da dünyanın ən gözəl şəhərlərindən biridir.”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının göstərişləri ilə Azərbaycanın hər bölgəsi gözəlləşir, abadlaşır, müasirləşir, dünyanın ən inkişaf etmiş, stabil diyarlarından birinə çevrilir. Ölkə başçısının tikinti-quruculuq və abadlıq işlərinin zövqlə, günün tələbləri səviyyəsində aparılmasına dair göstəriş və tövsiyələri tərəssüfat subyektlərinin üzərinə böyük məsuliyyət qoyur. Məhz buna görədir ki, son zamanlar ölkədə aparılan abadlıq-quruculuq və yenidənqurma işləri zövq oxşayır, şəhər, kənd və qəsəbələrin simasına əlavə yaraşıq gətirir.


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının maddi, mədəni-mənəvi rifahının yaxşılaşdırılmasına dair yönəldilən geniş miqyaslı islahatları içərisində qəzalı vəziyyətdə olan tarixi-memarlıq yaşayış binaların da əsaslı şəkildə təmiri nəzərdə tutulmuşdur.
Son illərdə Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq Bakıda həyata keçirilən abadlıq-quruculuq işlərinin miqyası daha da genişlənib. Bu
tədbirlərin tərkib hissəsi olaraq yeni parkların yaradılması, mövcud istirahət məkanlarının isə müasir səviyyədə yenidən qurulması geniş vüsət alıb. Bu işlər paytaxt sakinlərinin və ölkəmizə gələn turistlərin istirahətinin hərtərəfli təşkili baxımından böyük rol oynayır. Bütün bunlar, eyni zamanda, Bakını dünyanın ən gözəl şəhərlərindən birinə çevirib. Bunu istər paytaxt sakinləri, istərsə də şəhərimizin qonaqları dəfələrlə vurğulayırlar. Əhaliyə xidmət göstərən bu kimi müasir layihələrin icrası son illərdə dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasətin real nəticəsidir.

Bakı şəhərində həyata keçirilən abadlıq-quruculuq işləri, şəhərin infrastrukturun yenilənməsi, yol, nəqliyyat və digər infrastruktur layihələrinin həyata keçirilməsi istiqamətində aparılan sistemli və ardıcıl işlər davam etdirilir ölkə başçısının tapşırıq və göstərişlərini yerinə yetirməkdədir. Bakının abadlaşdırılmasına həmçinin, ərazilərin təmizlənməsi, binanın fasadlarının yuyulması və s. təmizlik xidmətlərinin göstərilməsi də daxildir. Peşəkar və məsuliyyətli menecerlər və bağbanlar komandası xidmət göstərmək üçün öz bilik, təcrübə və qabaqcıl texnologiyalardan istifadə edirlər. Layihələri sabit keyfiyyətlə həyata keçirən şirkətin fəaliyyət sahələrindən biri də binaların fasadlarının təmiri və yenidən qurulmasıdır. Müasir texnologiyaların peşəkar tətbiqi, lazımi alətlərin mövcudluğu, həmçinin işçilərin bacarıq və təcrübəsi bizə istənilən miqyasda fasadın bərpası layihəsini tamamlamağa imkan verir.
Təmir xidmətlərinin önəmli tərəfi ondan ibarətdir ki, yenidənqurma işlərinə başlamadan öncə memarlıq və dizayn həllərinin xüsusiyyətləri nəzərə alınır. Balaxanıda yenidənqurma işləri yolların, kanalizasiya, su xətləri, işıq xətlərinin və yaşayış evlərinin fasadlarının bərpası yüksək səviyyədə aparılmaqdadır.

Ölkə rəhbərliyinin verdiyi tapşırıq və göstərişlərə əsasən Bakının abadlaşdırılması üçün yüksək səviyyəli yerli menecer və mühəndis heyəti tikinti inşaat ərazilərində gün ərzində işlərin gedişatını diqqət və nəzərində saxlamaqdadır. Onlar işlərin nəzarətindən əlavə sakinlərlə də görüşlər keçirərək onların təkliflərini dinləyir. Aparılan işlər çox yüksək səviyyədədir və sakinlər tərəfindən təhvil verilən binaların bir daha yüksək səviyyədə olması haqqında çoxsaylı yazılı təşəkkürnamə müraciətləri olunur. Bakıda həmçinin tarixi binaların fasadlarının bərpası ilə bağlı çoxsaylı işlər görülür.

Keyfiyyətli həyata keçirilən işlər onların ömrünü uzadır.
Bütün bu görülən abadlıq-quruculuq işləri  vətəndaşlarda olduqca xoş təəssüratlar və məmnunluq hissi yaradıb. Gəzintiyə çıxmış insanların münasibətləri bunu deməyə əsas verir. Görülən işlərin nəticəsi şəkillərdən aydın görünməkdədir.
Eldar Siyafət oğlu Əhmədov
Azərbaycan Jurnalistlər Birliyinin üzvü