QARABAĞ HƏR KƏSİN DÖYÜNƏN ÜRƏYİ OLMALIDI

(Dolma Azərbaycan xörəyi sayılır. Paxlava da bizim məşhur şirniyyatdır. Məncə ermənilər festivala ərik gətirsin. Çünki bu millətin özünə məxsus heç nəyi yoxdu. Hər şeyi başqa millətdən oğurlayırlar.)

İnam irəliyə getməkdir, inam uğurdu, inam gələcəyə aparan yoldu. Önəmli olan inamla addımlamaq və inamı doğrultmaqdır.
2005-ci ilin fevral ayında Saleh Qurbanovla bu yola inamla çıxdıq. Moskvada yeni bir qəzetin nəşrinə başlamaq üçün sənədləri təqdim etdik. Qəzetin adını çox düşünüb daşındıq. Birdən Saleh Qurbanov sevincək halda: – Gülsüm xanım “Vətən çağırır” çox gözəl səslənir. Həm də, bir çağırış olar.
Onun seçimi mənim də xoşuma gəldi. Qəzetin ilk sayı uğurla qarşılandı. Heyət üzvülərimiz artdı. Sonra qərara aldıq ki, “Vətən çağırır”ın əbədi olaraq tarixdə qalması üçün kitab halında nəşrinə başlayaq. Sınaq üçün ilk kitab nəşr olundu. Oxucular kitabı yaxşı qarşıladı. Bu ənənəyə sadiq qalıb kitablar yazdıq. Kitablar Qarabağa, şəhidlərə, qazilərə, Qarabağ əlilərinə, döyüşçülərə həsr olundu.
Sayca XXVl kitabımız “Vətən salnaməsinin qəhrəmanları” noyabr ayında nəşrə hazırlandı.
Ənənəmizə sadiq qalaraq yaradıcı heyətin üzvüləri yenə də kitabın maliyyə xərcinə çox məsuliyyətlə yanaşdı.
Açığını deyim ki, Moskvanın Ximki rayon üzrə deputatı, rayon üzrə Azərbaycan diasporunun sədri, xeyriyyəçi iş adamı Əliyev Xanoğlan Sale oğlu bu kitabın da maliyyə xərcini öz üzərinə götürdü. Onu da qeyd edim ki, ardıcıl olaraq artıq dördüncü kitabdır ki, Xanoğlan Əliyevin sponsurluğu ilə işıq üzü görür.
Xanoğlan Əliyevin vətənpərvərliyi, millətə olan sevgisi hər zaman özünü aşkar şəkildə göstərib. Vətəndən kənarda yaşasa da, Azərbaycanı yüksək səviyyədə təmsil edir.
Mən onunla dəfələrlə müxtəlif tədbirlərdə olmuşam. Onun ermənilərə qarşı sərt davranışına şahid olmuşam. Heç yadımdan çıxmaz. Bir dəfə festivala görə rayon sədri iclas keçirirdi. Festivalda respublukaları təmsil edən diaspora sədirləri milli yeməkləri haqqında məlumat verirdi. Növbə ermıni diasporası sədrinə çatdı. Sədr yerindən qalxıb paxlava və dolma gətirəcəklərini bildirdi. Bu vaxt Xanoğlan Əliyev yerindən qalxıb əsəbi halda dedi: – Dolma Azərbaycan xörəyi sayılır. Paxlava da bizim məşhur şirniyyatdır. Məncə o, festivala ərik gətirsin. Çünki bu millətin özünə məxsus heç nəyi yoxdu. Hər şeyi başqa millətdən oğurlayırlar.
Bu mövzu ermənini çox hiddətləndirmişdi. Amma veriləcək cavab tapmırdı. Çünki toplantı iştirakçıları arasında bunu təsdiqləyənlər vardı.
Mən fəxr edirəm ki, sözünü deməyi bacaran vətən övladlarımız var. Onlar qürbətdə Azərbaycan adını uca tutur, lazım olan yerdə sözünü deməyi bacarır.

Gülsüm ADİLQLZI
Moskva: – “Vətən çağırır” qəzetinin baş redaktoru