Rusiya Federasıyasının Sankt-Peterburq şəhərində“Azərbaycançılıq ideyası-Azərbaycanlı gənclərinin toplantısı keçirilmişdir

Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə, Dünya Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyi ictimai birliyi tərəfindən, 09 noyabr 2019 il tarixində da Rusiya Federasıyasının Sankt-Peterburq şəhərində“Azərbaycançılıq ideyası-Dünya Azərbaycanlı Gənclərin milli ideologiyası” adlı layihəsi əsasında,Rusiyadakı Azərbaycanlı gənclərinin toplantısı keçirilmişdir.İlk öncə Azərbaycanın dövlət Himni səslənmişdir.Daha sonra cıxış edən Sankt-Peterbuq şəhərinin Azərbaycanlıların Milli-Mədəni Muxtariyyətin Gəncər ittifaqının sədr müvaini Elman Manafov,başda Tofiq Əli-zadə olmaqla,Azərbaycandan gələn qonaqları salamlayaraq tədbir barədə iştirakcılara qısa məlumat verdi.Daha sonra cıxış ücün söz, tədbirin layihə rəhbəri olan Dünya Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyi ictimai birliyinin prezidenti Tofiq Əli-zadəyə verildi.Tofiq Əli-zadə tədbirdə geniş cıxış edərək bildirdi ki, bu tədbirin məhs 09 noyabr Azərbaycanda Dövlət Bayraq gününə, 09-10 noyabr Dünya Azərbaycanlılarının 1-ci qurultayının keçirilməsinin 18 çi il dönümünə və 10 noyabr Dünya Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmyəyliyi ictimai birliyinin yaranmasının 24 çü il dönümü ilə üst-üstə düşməsi bir təsadüfdür. Deyildi ki bütün dünyada oldugu kimi Rusiyada yaşayan Azərbaycvanlı Gənclərin milli birliyinin təşkilinə böyük ehtiyac var.Tofiq Əli-zadə söylədi ki, “Azərbaycançılıq ideyası -Dünya Azərbaycanlı Gənclərin milli ideologiyası” adlı layihəsinin Rusiya Federasıyasının Sankt-Peterbuq şəhərində keçirilməsi ideyasının reallaşması məhs,Azərbaycan Gənclər Fondunun qrant musabiqəsinin qalibi olduqdan sonra həyata keçmişdir.Daha sonra natiq,Azərbaycançılıq ideyaları,Azərbaycan tarixində baş vermiş vacib hadisələr, milli faciələrimiz,diasporamızın formalaşması, lobbicilik fəaliyyəti, ətrafında geniş məruzə edərək bildirdi ki, bu gün bütün dünyada yaşayan Azərbaycanlıların sayı artıq 60 milyona yaxındır. Onlarında demək olar ki, bir coxunun yaşları 18-35 yaş arasındadır. Məhs ona görə də, xaricdəki gənclərimizin təşkilatlanması və Azərbaycançılıq ideyaları ilə, silahlanması və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə catdırılması baxımından, onların yenidən təşkilatlanması qarşımıza qoyduğumuz məsələdə mühüm rol oynaya bilər.Axı xarici ölkələrdə cox savadlı və istedatlı gənclərimiz yaşamaqdadır Azərbaycan həqiqətlərinin təbliği Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırılmasında müxtəlif ölkələrin ictimai, siyasi və dövlət xadimləri, elm adamları, eləcə də KİV-lə əlaqələrin qurulması çox mühümdür. Azərbaycan diasporu siralarında olan gənclərimiz bu məsələlərə daha çox diqqət yetirməli, bəzi ölkələrdə Azərbaycan haqqında erməni diasporu və lobbisi tərəfindən formalaşdırılmış yanlış təsəvvürlərin aradan qaldırılması üçün öz imkanları daxilində əllərindən gələni etməlidirlər. 2009-cu ilin aprel ayında Moskvada Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) təsis edilməsi Azərbaycan diasporunun və xaricdə yaşayan azərbaycanlı gənclərin həyatında mühüm bir hadisə olmuşdur. Leyla xanım Əliyevanın sədrliyi ilə bu təşkilat qısa müddət ərzində Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmışdır.

Bu gün xaricdəki Azərbaycan gəncliyinin qarşısında duran vəzifələrdən biri də,torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən işğal edilməsi, bir milyondan çox insanın bu təcavüz nəticəsində öz yurd-yuvalarından didərgin salınması və xalqımızın məruz qaldığı soyqırımı aktları barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, XX əsrin ən dəhşətli bəşəri cinayətlərindən biri kimi tarixin yaddaşına həkk olunmuş Xocalı soyqırımının təbliğ olunması baxımından təcavüzkarların ifşa olunması prosesində gənclərin iştirakı olduqca vacibdir Bizim təşkilatlarla, xarici ölkələrdə yaşayan Azərbaycanlı gənclər tərəfindən təsis olunmuş qeyri-hökumət təşkilatları arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində səylər gücləndirilməsi baxımında bele tədbirlərin keçirilməsi daha məqsədə uygundur. Bu gün, xaricdəki gən soydaşlarımız arasında Azərbaycançılıq ideyasının gerçəkləşməsi ideyası,Azərbaycanlı gənclərinin Vətənə məhəbbət, xalqımızın tarixi,mədəni irsi, dövlət dili və rəmzləri,milli mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə olunması, onların potensialının ölkəmizin inkişafına cəlb olunması, eyni zamanda, yaşadıqları ölkələrin ictimai-siyasi həyatında fəal iştirakı, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən gənclər təşkilatları ilə əlaqələrinin qurulması və inkişaf etdirilməsi, hüquq və azadlıqlarının müdafiəsi məsələləri əsas məsələrində biridir. Tofiq Əlizadə toplantı iştirakçılaına bu gün Azərbaycan prezidenti İlham Əliyevin apardığı uğurlu daxili, xarici siyasətdən,yeni-yeni qurulucuq işlərindən,islahatlardan, eyni

zamanda da Rusiya-Azərbaycan arasında olan dostluq, qardaşlıq, iqtisadi-siyasi əməkadaşlıq münasibətlərindən və Azərbaycanın 1-ci vitse-prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərindən xeyli danışdı.Sonra Rusiyada Azərbaycanlı gənclərimizin önəmli fəaliyyətlərinin qiymətləndirərək, Manafov Elman Sədaqət oglu, İsmaylov Zülfüqar İlham oglu, Quliyev Emil Zöhrab oglu, Dünya Azərbaycanlı Gənclərin Beynəlxalq Həmrəyliyi ictimai birliyinin fəxri fərman və qiymətli hədiyyələrlə təltif edildilər.Daha sonra cıxış edən, Azərbaycanın Rusiya Federasiyasının Sankt-Peterbuq şəhərindəki vitse-konsulu Rüfət Dadaşov,Sankt-Peterbuq şəhərinin xarici əlaqələr komitəsinin nümayəndəsi Kolpakov İvan Aleksandorov,Sankt-Peterburq şəhərinin millətlər dostlugu evinin nümayəndəsi Ackasov Aleksey Valerievic, Azərbaycanlılaırn Rusiyada ictimai-siyası işlərdə daha fəali olması və özlərini daha yaxşı göstərmək imkanları əldə etməkləri barədə danışdılar.Sankt-Peterbuq şəhərində Azərbaycanlıların Milli-Mədəni Muxtariyyətinin icraçı direktoru Rəşidə xanım Orucova cıxışında Rusiyanın ikinci böyük şəhəri olan Sankt-Peterburq şəhərində yaşayan Azərbaycanlıların, xususi ilə də, gənclərin fəallığından ətraflı danışdı.Siyasət üzrə fəsəfə doktoru Elvin Talışınski də cıxışında xaricdəki soydaşlarımız arasında Azərbaycançılıq ideyalarını geniş tədliğ olunmasının vacibliyi barədə danışdı.Sonra Sankt-Peterburqdakı Azərbaycanlıların milli-mədəniyyətinin idarə heyyətinin üzvü Xeyransa Mirzəyeva,Sankt-Peterbuq şəhərində anadan olmuş gənclərimizdən,Sankt-Peterbuq Şəhəri Azərbaycanlıların milli-mədəni Muxtariyyətinin Gənclər İttifaqının sədri Zülfüqar İsmaylov və Gənclər İttifaqının mədəniyyət bölməsinin rəhbəri,Quliyev Emil Azərbaycanlı gənclər adından cıxış edərək,belə milli-edoloji tədbrlərin təşkilinə və gənclər ücün gətirilən cox saylı hədiyyələrə, Azərbaycan bayraqlarına görə, Azərbaycan Gənclər Fonduna və Dünya Azərbaycanlı Gənclərin Beynəlxalq Həmrəyliyi ictimai biliyinə minnətdarlıqlarını bildirdilər. Sonda tədbir iştirakçılarla xatirə şəkilləri də cəkildi.