Tariximiz,Taleyimiz Bir el məsəli var

《Balıq dinışmir,deyirlər ki,ağzında su var》 İndi elə bir zamana,elə bir məqama yetişmişik ki, sanki 《kimsə kiminsə kitabın oxumur》. Siyasətçi olmasaq da,siyasətə baş qoşmasaq da,istəsək də,istəməsək də,ətrafımızda cərəyan edən siyasətin tən ortasındayıq.Irəli getsək nohurdur,geri dönsək çuxurdur.(V.V.) Mən fikirlərimi açıq deyəcəm və səsimə səs istəyəcəm: _Xalqın hissləri ilə,duyğuları ilə oynamayın.Xalqın mənəviyyatına zərbə vurmaqdan çəkinin.100 illərlə yaşanmış inamları, inacları bir neçə dəqiqənin içində darmadağın etmək olmaz. Dünən mənə bir ziyalı xanım dostum Sərdar Cəlaloğlunun vidosun yolladı ki,bax.Mən də baxdım.Doğrusu alimin çıxışındakı bəzi fikirlərini bəyəndiyimi və yanaşmasının doğru olmadığını dedim.Əlbəttə O xanım məndən narazı qaldı. Qısası budur ki, Babəkin üstündən xətt çəkək .Bu guya bizi müsəlman dünyasından ayırır. Savadı olan(hətta olmayan da) bilir ki,Babəkin Tarixdə əvəzsiz qiyməti,dəyəri,çəkisi ,onun yadellilərə qarşı döyüşməsidir.Bədii əsərlərimizdə də belə verilib.O son nəfəsində《Azərbaycan》deyib. Başka bir fikri Səməd Vuğunun bəzi əsərlərini yandıraq.Sovet ideologiyasının məhsuludur. 《26-lar poemasını》,《Vaqif》dramını. Bəs Səmədin 《Azərbaycan》şerinin üzünə neçə baxaq? Bir çox deyimlər,fikirlər var,maraqlanan baxa bilər.Qaçaq Nəbini,Koroğlunu inkar edir.Qaçaq Kərəmi dəstəkləyir. Şah Qacarlı,Səttar Xanı,Cavad Xanı gündəmə gətirir.Çox gözəl. Mən də alqışlayıram bu fikirləri.Koroğlu yarıməfsanəvi bir qəhrəmanıdır.O bütün Türk dünyasına aiddir. Qaçaq Kərəmin təbliğatının da tərəfdarıyam.Bu haqda uşaq verlişlərində uşaqlara tanıtım hekayət də yazmışdım.Yəqin ki, arxivdə qalmış olar. Bir daha vurğulayıram,yanaşmanı doğru saymıram.Nəyə görə bir tarixi qəhrəmanımızı tanıtmaq,təbliq etmək,başka qəhrəmanlarımızın silməsi əvəzinə olsun ki? Düşmənlərimiz bizə gülməzmi? Belə məsələlər xalqla həll olunmur.Elmi şuralarda alim tərəfdaşlarla,Təhsil Nazirliyində səlahiyyətli şəxslərlə həll edib,dərsliklərə əlavə etmək gərəkdir.Xalq da tədricən qəbul edəcəkdir. Xalqa söyləmək,nəyinsə sirrini açmaq düşüncəsi ,siz bu vaxta qədər boş yaşamısınız kimi bir anlama gətirib çıxarır.Zorla nəyisə beyinlərə oturtmaq tərifə layiq deyil. Elmi əsasları olan alternativ fikirlər sübut edilib,həyata keçirilərsə,təbii ki,tədricən zəif görünən,üstünə kölgə düşən qəhrəmanlar da,əsərlər də sıradan çıxacaq. Xalq da doğru olanı seçəcək.

Validə Vəliyeva