Yevlaxda “Bayraq Günü” qeyd edilib – FOTO

Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən 9 noyabr Bayraq gününə həsr olunmuş Ümumşəhər tədbiri və konsert keçirildi.

Tədbirdə Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisələrin kollektivləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər. Rayon Rəhbərliyi və Rayon aktivləri Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzdü, daha sonra konsert proqramı keçirildi. Tədbir zamanı rayonda dislokasiya olunmuş “N” saylı hərbi hissənin hərbçilərinin çiynində şanlı bayrağımız Ulu Öndər Heydər Əliyevin adını daşıyan meydana gətirildi. YAP Yevlax rayon təşkilatının təşkilatçılığı ilə fləşmob keçirildi.
İzdihamlı keçən tədbir konsert hər bir yevlaxlının qəlbində xoş hisslər yaratdı.

Dunyaxeber.com