Yevlax şəhər 2 nömrəli tam orta məktəbdə “Bayraq günü” tədbiri keçirildi – FOTO

Bu gün M.Ə Sabir adına Yevlax şəhər 2 nömrəli tam orta məktəbdə”Bayraq günü” ilə bağlı təntənəli tədbir keçirildi.

Tədbir Azərbaycan respublikasının dövlət himni ilə başladı. Müsiqi sədaları altında Azərbaycan bayrağı meydana gətirildi.

Dunyaxeber.com xəbər verir ki, giriş sözü ilə tədbiri Yevlax şəhər 2 nömrəli tam orta məktəbin direktoru Sədaqət Şükürova açdı. Məktəb drektoru şagirdləri, müəllim kollektivini əlamətdar Bayram günü münasibəti ilə təbrik edərək bildirdi ki, Bayrağımız bizim milli kimliyimiz, qurur mənbəyimizdir. Bu gün Azərbaycan bayrağı dünya arenasında zirvələrdə dalğalanır. Biz bayraqlar içərisində 3 rəngli, ay ulduzlu bayrağımızı görəndə qürur hissi keçiririk. Müstəqil Azərbaycanının göz bəbəyi olan Azərbaycan bayrağını qorumaq, onu təbliğ etmək, yetişməkdə olan gənc nəslə bayrağımızn tarixi keçmişini aşılamaq hər birimizin mənəvi borcudur. Mən arzu edirəmki Azərbaycan bayrağı daim zirvələrdə məğrurluqla dalğalasın. İnanırıq ki, ən yaxın zamanda cənab Ali Baş Komandan, Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının uğurlu siyasəti nəticəsində bayrağımız işğal altında olan doğma Qarabağ torpaqlarında dalağalanacaqdır. Biz Cocuqmərcanlıda, Lələtəpədə yaşadığımız qururlu anların dvamanı yaşıyacıyıq.

Tədbir şagirdlərin hazırladığı bir birindən rəngarəng, maraqlı bədii kompazisya ilə davam etdirildi.

Dunyaxeber.com