SON DƏQİQƏ: Şərqi Azərbaycanda güclü zəlzələ – Ölü və yaralılar var (YENİLƏNDİ)

Şərqi Azərbaycanda baş verən zəlzələ nəticəsində ölən və yaralananların sayı artıb.

Dunyaxeber.com xəbər verir ki. ölənlərin sayı 5-ə, yaralıların sayı 120-ə çatıb.

***

07:41

İranın Şərqi Azərbaycan bölgəsində zəlzələ olub.

Bu barədə RİA “Novosti”informasiya yayıb/

Xəbərə görə, yeraltı təkanlar 5,9 maqnitudada olub.

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) yeraltı təkanların episentrinin Təbrizdən 156 kilometr (Şərqi Azərbaycan əyaləti) məsafədə yerləşdiyini açıqlayıb.

Zəlzələ 4 nəfərin həyatına son qoyub, 70 nəfər xəsarət alıb.