Təhsil Nazirliyinə Ərizə

Bakı şəhər Xətai rayon sakini Abdıyeva Məltəm Tahir qızı 2012 ci ildə Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialının riyaziyyat fakultəsini bitirmişdir. Sonra Baki şəhərində müəllim işləmişdir. 2017 ci ildə Dövlət İmtahan Mərkəzinin xətti ilə imtahan vermişdir. İmtahandan sonra  Ağstafa rayon köçvəli kəndinə müəllim kimi işləməyə göndərilibdir. Bu müddət ərzində həyat yoldaşı və 3 azyaşlı uşağı Bakı şəhərində qalıb. Özü isə rayonda müəllm kimi çalışıb və kirayədə qalıb. 3 uşağından biri anadangəlmə ağır iflic  xəstəsidir. Və tam fəaliyyətsizdir. Ailəsi və ovladlarının Bakıda qalması və uşağın birinin ağır xəstə olmasına görə müəllimin rayonda tək qalmağı çox çətindir. Xəstə uşağa baxmaq lazım. Buna görə Təhsil Nazirliyinə ərizə ilə muraciət olunub və muxtəlif vaxtlarda 3 dəfə qebulda olmuşdur. Qəbulda olarkən ona qeyri qənaətbəxş cavab verilib. Və eyni zamanda xəstə uşağın mualicə olunmasına görə  Heydər Əliyev Fonduna muraciət olunmuşdur. Qeyd olunanları nəzərə alıb iş yerini Bakı şəhərinə  köçürülməsinə koməklik etməyinizi xahiş edirik.

 

Alət çubuğuna keç