Xavər Abdullayeva müharibə dövründə şəhid ailələrinə göstərdiyi xidmətlərinə görə “Qızıl Orden” ilə təltif edilib.

Səlis Danışıq Nitq və Psixologiya Mərkəzinin təsisçisi Xavər Abdullayeva müharibə dövründə şəhid

ailələrinə göstərdiyi xidmətlərinə görə  “Azərbaycan – Ukrayna” Beynəlxalq Alyansının idarə heyəti tərəfindən “Qızıl Orden” ilə təltif edilib.

Belnəlxalq Alyansın sədri Elmar Məmmədova öz minnətdarlığını bildirən Xavər Abdullayeva bildirib ki, vətənin ən lazımı, vacib və ağrılı-acılı günlərində dövlətə, xalqa dəstək olmaq vətəndaşlıq borcumuzdur.

Qeyd edək ki, Xavər Abdullayeva  uzun illərdir  cəbhə bölgələrindəki vətəndaşlarımızla görüşlər təşkil edir, düşmən gülləsi altında yaşayan sakinlərimizə və nitq qüsurlu uşaqlara təlimlər keçir. Regionlarda valideynlərlə tez-tez görüşən loqoped- defektoloq onları xüsusi olaraq məlumatlandırmağa çalışır. Çünki bir çox hallarda valideynlər uşaqlarındakı nitq qüsurlarının müalicəsi üçün ilk növbədə nevropotoloqa müraciət edirlər. Bu qərarların  nəticəsini araşdıraraq insanları məlumatlandıran Səlis Danışıq Nitq və Psixologiya Mərkəzi təmənnasız şəkildə şəhid və qazi ailələrinə yardım edir. 44 günlük Vətən müharibəsi zamanı da bu Mərkəz dayanmadan,yorulmadan ehtiyac duyan hər bir vətəndaşa dəstək oldu. Xavər Abdullayeva ilk növbədə bir vətəndaş kimi Azərbaycanın Qələbə  Zəfəri ilə qürurlandığını, həmçinin loqoped həkim kimi Zəfərə aparan çətin günlərdə insanlara dəstək ola bildikləri üçün xoşbəxt olduğunu qeyd edir.

Baş redakto rKamran Orucov

 

Alət çubuğuna keç