Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənovun oğlu Şamxal Həsənli ABŞ-a köçüb.

KAİM.az-ın əldə etdiyi məlumata görə, Şamxal Həsənli ABŞ-da daşınmaz əmlak biznesinə başlayıb.

O, artıq Azərbaycandakı biznes müəssisələrini də satışa qoyub və ölkədən külli miqdarda vəsaiti xaricə çıxarmağa çalışır.

Əvəzində isə Şamxal Həsənli ABŞ-da yaşayan FETÖ-çu dostlarının köməyi ilə yeni biznes qurur.

Qeyd edək ki, sabiq şöbə müdiri Əli Həsənovun ailəsi otel, turizm, qida, təhsil və hazırlıq kursları, radio, qəzet, prodakşn kimi bizneslərə sahib olması ilə tanınır. Bir neçə il əvvəl Əli Həsənov “BBC”-nin sualına cavabında “ailəmin malik olduğu adı çəkilən şirkətlərlə fəxr edirəm” deyə cavab vermişdi.

 KAİM.az-a daxil olan məlumatda o da deyilir ki, Ş.Həsənovun özü ilə apardığı şəxsi əşyalar içərisində onun ən sevimli bahalı unitazı da yer alıb.

Xatırladaq ki, Şamxal Həsənov prezidentin sabiq köməkçisi Əli Həsənovun oğludur.

Alət çubuğuna keç