Deputat Adil Əliyevdən nümunə götürün!

Adil Abış oğlu Əliyev Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Kik-boksinq Federasiyasının Prezidentidir.O, bəzi məmurlar kimi xalqdan oğurlamır,imkanlı dost-tanışlarının dəstəyi və halallıqla qazandıqları hesabına imkansızlara, şəhid ailələrinə və seçicilərinə yardım göstərir. Adil Əliyev imanlı insandır, Axirətin nə olduğunu gözəl anlayır.Bu günlərdə xəbər aldım ki, Füzuli rayonunun Yuxarı Veysəlli kəndində,1991-1993-cü illəri əhatə edən dövr haqda bədii film çəkilib.Həmin filmə zəruri dəstək göstərənlərdən biri məhz Adil Əliyev olub.
Aprelin 25-də Bakıdakı “Nizami” Kino Mərkəzində “Son nəfəsədək” filminin təqdimat mərasimi oldu. Bəri başdan deyim ki, son 10 il ərzində bu qədər əhatəli, dərin mənalı bir filmə tamaşa etməmişdim. Filmin ssenari müəllifi və baş prodüsseri Nurəddin Aslanovdur. Filmdə Rusiyaya məxsus hərbi hissələrin və onların rəhbərlərinin dəstəyilə erməni terrorçularının bölgədə dinc əhaliyə necə divan tutmaları yüksək peşəkarlıqla verilib.
Fürsətdən istifadə edərək, ssenari müəllifi, hörmətli Nurəddin müəllim başda olmaqla “Son nəfəsədək!” filminin yaradıcı və texniki işçilərini, habelə, Respublika Milli Məclisinin deputatı Adil Əliyevi çoxsaylı tamaşaçılar adından təbrik edirəm. Qarabağın hesabına imkanlarını artırıb bu gün əziyyət çəkən insanlara yardım etməyən, özünü “müştəbeh” kimi aparanlar, Deputat Adil Əliyevdən nümunə götürün!
Şamil Sabiroğlu,
Azərbaycan Respublikası “Xocalı Soyqırımını Tanııtma”
ictimai birliyinin sədri, müharibə veteranı.

Alət çubuğuna keç