31 mart-Azərbaycanlıların Soyqırım Günü Ukrayna mediasında

ADİİM sədri, tanınmış jurnalist Cavid Şahverdiyevin Ukraynanın nüfuzlu Asmedia.kiev.ua saytında rus dilində 31 Mart Azərbaycanlıların Soyqırımı ilə bağlı geniş yazısı dərc olunub.

Yazıda qeyd olunub ki, XX əsrin ilk illərində “Böyük Ermənistan”xülyasını həyəta keçirmək məqsədilə Bakı, Naxçıvan, Zəngəzur , İrəvan mahalı və Azərbaycanın digər tarixi ərazilərində minlərlə azərbaycanlı qəddarlıqla öldürüldü. 1917-ci il dekabr 1918-ci il mart aylarında Andranikin rəhbərliyi ilə 197 kənddə, İrəvan şəhərində 32, Eçmiadzində 84, Nor-Bayazidin 7 şəhərində azərbaycanlılar tarixi torpaqlarından didərgin salındı, öldürüldü, evləri yandırıldı. Oktyabr inqilabından sonra isə deportasiya siyasətini Şaumyan həyata kieçirdi.

Onun başçılığı ilə daşnaklar 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və Daşnaksütundan olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı qırğınlar törətdilər. Digər Salyan, Nəvahi, Lənkəran, Kürdəmir kimi rayonlarda da qırğınlar törədilsə də, öldürülən insanların sayı dəqiq bilinmir.

Rəsmi sənədlərə əsasən təkcə Şamaxıda 8 min dinc əhali öldürüldü. Cavanşirdə 28 kənd yerlə-yeksan edildi, Gümrü yaxınlığında ermənilərin qurduğu tələyə 3 min miqrant düşdü, Naxçıvanda bir neçə kənd yandırıldı, Zəngəzurun azərbaycanlıların yaşadığı 115 kəndi dağıdıldı, 3257 kişi, 2276 qadın, 2196 uşaq öldürüldü. Təkcə Zəngəzurda 10068 azərbaycanlı öldürüldü, şikəst edildi, 50000-i qaçqın düşdü. İrəvan quberniyasında isə 135 min azərbaycanlı qətl edildi. 1918-1920-ci illərdə Qarabağda 150 kənd dağıdıldı, yüzlərlə azərbaycanlı qətlə yetirildi.

Yazıda ermənilərin Qubada yəhudilərə qarşı törətdikləri soyqırımdan da bəhs edilib.
Daha sonra erməni daşnaklarının Qarabağda dinc azərbaycanlıları qətliamında toxunulub.

Həmçinin beynəlxlaq ekspert və araşdırmaçıların ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırım sıyasəti ilə bağlı dəlilləri də yer alıb.

Müəllif onu da qeyd edib ki, Azərbaycanın Ümumilli lideri Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.

Sənəddə 1905-1907, 1918, 1948-1953-cü və 1988-ci illərdə ermənilərin azərbaycanlılara qarşı planlaşdırdığı və həyata keçirdiyi soyqırım, deportasiya hadisələrindən bəhs edilib.

Yazının tam mətni aşağıdakı linkdə:
https://asmedia.kiev.ua/kriminal/31-marta-den-genoczida-azerbajdzhanczev