28 May 1918 ci il hər bir Azərbaycanlının milli qürur hissi duyduğu bir gündür.

101 il əvvəl, bu gün Azərbaycan Xalq Cümhuriyyəti milli müstəqilliyini elan etdi. Bu tarixi hadisənin gerçəkləşməsində Məmməd Əmin Rəsulzadə və silahdaşlarının, Əlimərdan bəy Topçubaşovun, Fətəli xan Xoyskinin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinski və başqalarının böyük xidmətləri olmuşdur.
Bütün Şərq və türk-islam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti hökümətinin qısa bir müddət ərzində ilklərə imza atdı. Milli Hökumət milliyyətindən, məzhəbindən, sinfindən və cinsindən asılı olmayaraq öz sərhədləri daxilində yaşayan bütün vətəndaşlarına siyasi hüquqlar və vətəndaşlıq hüququ təminatı verdi. Qadınların iştirakı ilə parlament seşkiləri keçirdi. Azərbaycan dilinə dövlət dili statusu verildi. Azərbaycan Xalq Cümhuriyyəti Savadsızlığın ləğvi sahəsində addımlar atıldı. Bakı Dövlət Universitetinin təsis olunması haqqında qəbul edildi…
Milli həyata keçirdiyi bütün işlər yürütdükləri siyasətin mahiyyət və anlamını göstərdi və gələcəkdəki inkişaf yolunu müəyyənləşdirdi.
Azərbaycan Xalq Cümhuriyyətinin bəzi obyektiv və subyektiv səbəblərdən 23 ay yaşamasına baxmayaraq xalqımızın dövlətçilik tarixində önəmli rol oynadı. M. Ə. Rəsulzadənin “Bir kərə yüksələn bayraq bir daha enməz” ifadəsi elə bir iz buraxdi ki, xalqımızın milli oyanış prosesinin məntiqi nəticəsi kimi 1991-ci ildə Azərbaycan səmalarında 3 rəngli bayrağımız yenidən dalğalandı.
Amma qazandiğlarımızın yanında, nə yazıq ki itirdiklərimiz də var.
1918-ci ildə ərazisi 97,3 min kvadratkilometr olan Azərbaycan qədim topraqlarını yavaş-yavaş itirdi. 1991-ci ildən Dağlıq Qarabağdakı savaşda Azərbaycanın köksündə açılan yaraları sevgimizə rağmən sara bilmədik….
Zaman və məkan, siyasi baxış ve göruş, siyasi-sosial mənsubiyyətindən asılı olmayaraq öz sevgımızı hər zaman fərqli müstəvidə müxtəlif şəkillərdə Azərbaycana bildirdik.
Vətən həsrəti ilə qovrulan Almas Yıldırım qəlbindən dögan iniltini kəlmələrlə ifadə etdi:
Nərdə məni gül qoynunda doğuran,
Xəmirimi göz yaşıyla yoğuran,
Beşiyimdə, lay-lay balam, çağıran,
Azərbaycan, mənim bəxtsiz anam, oy!
Neçə ildir həsrətinlə yanam, oy!.
Səməd Vurğun sevgisini bütün dünyaya elan etdi. Və milyonlarla azərbaycanlı bir agızdan söylədi:
El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən,
Anam, doğma vətənimsən!
Ayrılarmı könül candan?
Azərbaycan, Azərbaycan!
Azərbaycana olan sevgimiz ən böyük dəyər kimi bizi birləşdirir. Azərbaycanın səsinin Qarabağdan, Yerevandan, itirdiyimiz topraqlardan gəlməsi ən büyük arzumuzdur. Azərbaycanlının harada olmasından asılı olmayaraq onun üçün Vətəni hər şeydən üstündür.
Biz hər zaman sənə bağlıyıq, Azərbaycan.

Kamala GAHRAMANOVA
AVRASYA üniversitesi Trabzon

Alət çubuğuna keç