25-26-27.04.2019 tarixdə İspaniyanın, Qvadelaxara şəhərində növbəti Kempo İKF üzrə 16 cı Dünya çempionatı və Dünya kuboku keçiriləcək.

Bu çempionatda Azərbaycanı Beynəlxalq Kempo Federasiyasının Azərbaycanda rəsmi səlahiyyətli nümayəndəsi Rauf İbrahimovun başçılığı ilə Kempo yığma komandası təmsil edəcək. Səkkiz nəfərdən ibarət heyyətlə ən güclü kempoçular bu çempionatda Kempo Full, Kempo Submişn və Kempo Nokdaun versiyaları üzrə iştirak edəcəklər. Bu çempionatda səksənə yaxın dövlətdən 1600 ə yaxın idmançının iştirakı gözlənilir. Çempionatda iştirak etmək üçün Gənclər və İdman nazirliyinin həm maddi həm də mənəvi dəstəyi böyükdü. Ümüdvarıq ki, idmançılarımız İbrahimli Toğrul, Hüseynov Şəmsi, Qafarov Eynulla,Guliyev Valeh,, Qələndərov Vüsal, Əhmədov Fərid bu etimadı doğruldallar.
Nuranə Abdullayeva
Alət çubuğuna keç