20 aprel tarixində “Mən bir müəlliməm” layihəsinin Şirvan seminarı keçirilib.

Bu haqda azedu.az-a məlumat verən layihə rəhbəri Günel Əliyevanın sözlərinə görə, 18 nömrəli məktəb- liseydə baş tutan seminarda 100- dən çox müəllim iştirak edib. Seminara Salyan, Hacıqbul, Sabirabad rayonlarından da qatılanlar olub. “Mən bir müəlliməm” layihəsinin Şirvan seminarı layihənin rəhbəri Günel Əliyeva və Şirvan üzrə təmsilçisi Nərmin Əlizadənin təqdimatında olub. Seminar Şirvan Şəhər Təhsil Şöbəsinin, Bakı şəhərində yerləşən The Secret Business Academy və Şirvan şəhərində yerləşən Avropa kursların təşkilatçılığı ilə keçirilib. Tədbiri giriş sözü ilə açan Avropa kurslarının rəhbəri Nazim İmanov layihənin əhəmiyyətindən danışıb. Layihənin rəhbəri Günel Əliyeva çıxışında “Mən bir müəlliməm” layihəsinin məqsəd və vəzifələri haqda məlumat verib. Layihənin koordinatoru Məhəmməd Babazadə, Şirvan üzrə təmsilçisi Nərmin Əlizadə də öz çıxışlarında layihənin ölkə müəllimləri tərəfindən böyük maraqla qarşılandığını qeyd ediblər. Təcrübəli və gənc müəllimlər “Əsl müəllim necə olmalıdır?” sualını cavablandırıb, müəllim- şagird münasibətlərindən danışıblar. Elmi və bədii üslubları birləşdirən layihədə maraqlı anlar yaşanıb. Müəllim haqda şeirlər söylənilib, fikir mübadiləsi aparılıb. “Mən bir müəlliməm” fikri ilə başlayan cümlələr söylənilib. Həmçinin, Kurikulum və Pedaqogika ilə bağlı yeniliklər, imtahana düşən movzular haqda məlumat verilib. Fəal iştirakçılarına Fəxri Fərmanlar təqdim olunub. “Mən bir müəlliməm” layihəsinin Şirvan seminarından maraqlı fotoları təqdim edirik.

Alət çubuğuna keç