12 mindən artıq insan kosmosa göndərilmək istəyir

 Dünyaxeber.com xəbər verir ki, 12 min nəfərdən artıq insan NASA-nın Ayın və Marsın mənimsənilməsi üçün həyata keçirməyi planlaşdırdığı “Artemida nəsli” proqramında iştirak eləmk istəyirlər. Ərizələr mart ayı ərzində qəbul edilib.

NASA-nın rəhbəri Cim Bridenstayn deyib: “Artemida” proqramı ilə biz kosmosun mənimsənilməsinin yeni erasına daxil oluruq. Nə qədər çox sayda insanın onda iştirak eləmək üçün ərizə verdiyini gördüyümüz üçün çox şadıq. “Artemida nəsli” astrovavtlarının növbəti sinfi Ayı və Qırmızı planeti araşdırmağımıza kömək edəcək”.

Seçimdən keçənlərin adları bir il sonra açıqlanacaq. Seçilmiş astronavtlar insanların Aya aparılması və Marsın mənimsənilməsi işində iştirak edəcəklər. Onlar kosmosa 2024-cü ildən tez göndərilməyəcəklər. Uçuşlara hazırlıq 2,5 il davam edəcək.

Hurriyyet.org

Alət çubuğuna keç