100 ailəyə yardım edildi, 10 heyvan kəsildi

Koronavirus (COVID-19) pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi qaydalarına ciddi əməl olunmaqla “Evdə qal!” kampaniyası çərçivəsində Fransada yaşayan soydaşımız Rza Zeynin dəstəyiylə, diaspora nümayəndəsi, fəal gənc Ərtoğrul Cahandar, Dünya Azərbaycanlıları Assmableyasının İctimaiyyətlə Əlaqələr Deportamentinin rəhbəri Elşən Yəhyayev və Səbail Rayon Mühafizə polisi bölməsinin əməkdaşı Murad İsmayılovun iştirakı ilə “Fransa Azərbaycanlıları Birliyi” adından aztəminatlı və imkansız ailələrə ərzaq bağlaması paylanılıb.
Təşkil olunan yardım kampaniyası çərçivəsində 100-dən artıq aztəminatlı və imkansız ailəyə, yaşı 65-dən yuxarı olan tənha və ahıl insanlara ərzaq yardımı paylanılıb.
Təşkil olunan “Evdə qal!” kampaniyası çərçivəsində zəruri ərzaq paylarıyla yanaşı, 10 heyvanın kəsilərək ailələrə paylandığı bildirilib.
Görüş zamanı ailələrdə maarifləndirici söhbətlər aparılaraq, xüsusi karantin rejiminin qaydalarına riayət olunmasının vacibliyindən də danışılıb. Azərbaycan dövlətinin öz vətəndaşlarını koronavirus pandemiyasından, onun yaratdığı fəsadlardan qorumaq üçün bütün tədbirləri gördüyü bildirilib.

Alət çubuğuna keç