Suriyada minlərlə İŞİD üzvünün olduğu həbsxanada üsyan baş verib

Suriyanın Həsəka şəhərində ABŞ-ın dəstəklədiyi kürd bölmələrinin nəzarətində olan həbsxanada üsyan baş verib.

SalamNews əl-Məyadinə istinadla xəbər verir ki, ötən gün axşamdan başlayaraq Həsəka şəhərində minlərlə İŞİD üzvünün olduğu “əs-Sanəviyyə əs-Sinaiyyə” adı ilə tanınan həbsxanada üsyan baş verib.

Ərazini nəzarətdə saxlayan “Suriya Demokratik Qüvvələri” (kürd bölmələri) üsyanı yatırtmaq üçün silahdan istifadə ediblər.

ABŞ koalisiyası da bölgədə uçuşlar həyata keçirib.

Məlumata görə qaçmağa cəhd edən bir neçə İŞİD üzvü vurulub.

Üsyanın koronavirusun yayılması fonunda baş verdiyi deyilir.

Qeyd edək ki, Suriyada Fəratın şərqinin əksər bölgələrini ABŞ-ın dəstəklədiyi kürd bölmələri nəzarətdə saxlayır. Bundan öncə Türkiyənin Suriyanın şimalında əməliyyatları zamanı kürd bölmələri İŞİD üzvlərinin üsyanı və qaça biləcəkləri barədə xəbərdarlıq etmişdilər.

Alət çubuğuna keç