Silahlı Qüvvələrin Baş Klinik Hospitalında qaziyə ögey münasibət… – ETİRAZ

II Qarabağ savaşında bir gözünü itirmiş qazimiz Hacı Vəliyev Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Oftomologiya bölməsinin rəisi mayor Səlahəddin Təhməzovdan narazıdır.

Qazi onun Vətən müharibəsində yaralanmış və ya sağlamlığını itirmiş hərbçilərə qarşı qanunsuz və laqeyd davrandığını bildirib. O, şöbə rəisini yaralılara düzgün olmayan diaqnozlar qoymaqda ittiham edib.

Cebhe.info xəbər verir ki, qazi polikilinikada bundan başqa “Lor” və “Terapeya” şöbəsinin, eyni zamanda sığorta sənədlərini verən bir sıra həkimlərin də hərbçilərə qarşı məsuliyyətsiz və laqeyd yanaşdığını qeyd edib.

H.Vəliyev qeyd edib ki, Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Oftalmologiya şöbəsinin rəisi Səlahəddin Təhməzov qazilərdən üzr istəməli və aidiyyəti üzrə komandanliq qarşısında öhdəlik götürməlidir ki, bir də heç vaxt əsgərlərə qarşı kobud olmayacaq və vəzifəsindən sui-istifadə etməyəcək. Əsgərlərimizə qaygi göstərəcək, vəzifəsindən irəli gələn bütün tələbləri yerinə yetirəcək!
Qeyd edək ki, Qazi Hacı Vəliyev Füzuli uğrunda gedən döyüşlərdə sağ gözünü itirib.

VİDEO BURADA:

https://www.facebook.com/haci.veliyev.710/videos/1355612138108213/?t=9

Alət çubuğuna keç