İsmayıllıda sərtləşdirilmiş karantin rejimi qaydalarını pozan avtomobil ustaları cərimələnib

 İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman iki avtomobil təmiri məntəqəsinin sərtləşdirilmiş karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərdiyini aşkar ediblər.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan DİA.AZ-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən həmin məntəqələrin fəaliyyəti dərhal dayandırılıb, avtomobil təmirçiləri-Hikmət Salihov və Fəzail Hüseynov barəsində cərimə protokolları tərtib olunub.

Alət çubuğuna keç