“Dağıdılmış ruhlar şəhəri Ağdam urbisidin nümunəsidir” – Hikmət Hacıyev

“Prezident İlham Əliyevin tapşırığına əsasən diplomatik korpusları, beynəlxalq təşkilat rəhbərlərini Tərtərə / işğaldan azad olunan Ağdama aparırıq. Tərtərdə Ermənistanın ağır bombardmanının nəticələrini görəcəyik”.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tvitterdəki səhifəsində yazıb.

“Dağıdılmış ruhlar şəhəri Ağdam urbisidin nümunəsidir. Didərgin “Qarabağ” futbol klubu da bizimlədir”, – o əlavə edib.

Alət çubuğuna keç