Çalışırıq ki, havaların isti keçməsi qidaları təhlükəli hala salmasın – Qoşqar Təhməzli

Qida təhlükəsizliyinin təmini üçün mövsümi xarakterli tədbirlər planı həyata keçirməkdədir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli deyib.

Onun sözlərinə görə, hazırda Qida Təhlükəsizliyi İnstitutunun nəzdində 21 laboratoriya fəaliyyət göstərir. Onların 6-sı Abşeronda, 15-i isə regionlarda yerləşir.

Q.Təhməzli əlavə edib ki, dövri olaraq, bütün laboratoriyalar tərəfindən ekspertizalar aparılır. İdxal zamanı keyfiyyətin və təhlükəsizlik göstəriciləri şübhəli bilinən məhsulların idxalına qadağan qoyulur. Bu, istehsal prosesində aşkarlandıqda isə onların istehsalına qadağa qoyulur:

“Əgər keyfiyyətində və təhlükəsizlik göstəricilərində problem varsa, müvafiq olaraq tədbirlər həyata keçirilir. Mövsümi xarakterli tədbirlər planımız imzalanıb və regional bölmələrimiz artıq həmin tədbirlər planını həyata keçirməkdədirlər. Biz maksimum çalışırıq ki, havaların isti keçməsi qidaları təhlükəli hala salmasın və əhalinin sağlamlığı da təhdid altında qalmasın”.

Alət çubuğuna keç