“Arxayınlıq hissinin yaranması xəstələnənlərin sayını artırdı” – Diqqət!

“Son bir həftə ərzində ölkəmizdə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma sayı hər gün artaraq çox yüksək həddə çatıb. Bunun başlıca səbəbi bəzi vətəndaşların pandemiya dövrünün qaydalarına əməl etməməsi və sosial məsuliyyət hissini itirməsidir”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərtac-a açıqlamasında Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının direktoru, professor Surxay Musayev deyib.

Professor bildirib ki, koronavirusun ölkəmizdə təzə yayılmağa başladığı mart-aprel aylarında yoluxmaya məruz qalan müəyyən ailədən bir nəfər gəlib xəstəxana şəraitində müalicə olunandan sonra sağalaraq evə qayıdırdı:

“Həm də o vaxt yoluxanların xeyli bir qismi bu xəstəliyi nisbətən yüngül keçirirdi və bu, əhali arasında bir qədər arxayınlıq hissinin yaranmasına səbəb oldu. İndi isə infeksiyaya yoluxan bütöv ailələr var. Onlar ya ailəvi şəkildə müəyyən tədbirlərdə iştirak edərək xəstələnir və yaxud ailə üzvlərindən kimsə gedib həmin tədbirlərdə yoluxaraq gəlib ailənin digər üzvlərini də xəstələndirir”.

Alət çubuğuna keç