5 ildə manatın ən yüksək dəyəri: – Son 10 aya təsadüf edib

İqtisadçı-ekspert Rövşən Ağayev 2020-ci ildəki iqtisadiyyatı şərh edib.

Cebhe.info xəbər verir ki, ekspert 2015-ci ilin devalvasiyasından sonra Azərbaycan milli valyutasının real məzənnəsində ən yüksək bahalanmanın son 10 aya təsadüf etdiyini deyib:

“Qeyri-neft sektoru üzrə hesablanan real məzənnə ötən ilin dekabrına nisbətən son 10 ayda 6.6% bahalanıb. Bu baxımdan, nominal məzənnənin dinamikasını izləmək maraqlıdır. İlin əvvəlindən Azərbaycanın xarici ticarətinin 80%-ni təmin edən 13 ölkənin valyutasına nisbətən manatın nominal məzənnəsində dəyişilk belə olub:

1) Sabit qalıb: ABŞ dolları və İran rialına nisbətən;

2) Ucuzlaşıb: avroya nisbətən 7,7%, C. Koreya vonuna və Çin yuanına qarşı 6.5%, İsrail şekelinə nisbətən 5,6%;

3) Bahalanıb: Türk lirəsinə qarşı 31,5%, Belorus rubluna qarşı 22.2%, rus rubluna qarşı 19.5%, Ukrayna qrivnasına qarşı 18,9%, gürcü larisinə qarşı 15,1%.

Manatın real bahalanması partnyor ölkələrin əksəriyyətində inflyasiyanın Azərbaycanla müqayisədə nisbətən aşağı olması və əksər valyutalara nisbətən məzənnənin nominal bahalanması ilə bağlı olub”.

Alət çubuğuna keç