Ərdoğandan SON DƏQİQƏ Qarabağ AÇIQLAMASI: 2021-2023-cü illərdə…

30 ildə ATƏT-in Minsk Qrupunun edə bilmədiyi verdiyimiz dəstəklə 44 gündə (Azərbaycanın Vətən Müharibəsi nəzərdə tutulur – red.) gerçəkləşdirildi. Bütün bu məsələlər obyektiv şəkildə müzakirə olunduqda Türkiyə-Avropa İttifaqı maraqlarının üst-üstə düşdüyünü göstərir.

Oxu24.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqına üzv dövlətlərin ölkəsindəki səfirləri ilə görüşündə deyib.

Onun sözlərinə görə, ölkəsi ittifaqın tamhüquqlu üzvü olmaq hədəfindən geri çəkilməyəcək.

“Yeni islahatlar hazırlayırıq. Son mərhələyə gələn işləri yaxında ictimaiyyətlə paylaşacağıq. 2021-2023-cü illər Aİ Milli Fəliyyət Planımızı yenilədik. Bu müddətdə Türkiyə-Aİ əlaqələrində yeni səhifənin açılmasına dəstək verməyinizi gözləyirik”, – Ərdoğan qeyd edib.

Alət çubuğuna keç