Ərdoğandan “Başakşehir” – PSJ matçında baş verənlərə SƏRT REAKSİYA

“Təmsilçimiz “Başakşehir”in texniki heyətindən Pyer Veboya qarşı irqçi ifadələri qətiyyətlə pisləyirəm, UEFA tərəfindən zəruri addımların atılacağına inanıram. İdmanda və həyatın bütün sahələrində irqçiliyə və ayrıseçkiliyə qeyd-şərtsiz qarşıyıq. İrqçiliyə yox”.

Bu fikirləri Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan özünün “Twitter” hesabında yazıb.

Bildirək ki, UEFA Çempionlar Liqasının qrup mərhələsinin VI turunda Fransada PSJ ilə Türkiyənin “Başakşehir” klubu arasındakı qarşılaşmanın 14-cü dəqiqəsində qalmaqal yaranıb. Buna oyunun 4-cü hakimi Sebastian Koltseskunun qonaq komandanın köməkçi məşqçisi Pyer Veboya qarşı irqçi ifadələr işlətməsi səbəb olub. Buna baxmayaraq, matçın baş hakimi Ovidiu Hatseqan 38 yaşlı mütəxəssisə qırmızı vərəqə göstərərək, onu texniki zonadan qovub. Bundan sonra İstanbul təmsilçisi meydanı tərk edib. Sonra qarşılaşma təxirə salınıb.

Alət çubuğuna keç