Əhalinin sayını 5 milyona çatdırmaq: Paşinyanın strategiyası nələrə hədəflənib?

2050-ci ilədək Ermənistan əhalisini 5 milyona çatdırmaq, 1,5 milyon yeni iş yeri yaratmaq, yoxsulluğu aradan qaldırmaq, orta əmək haqqını 7 dəfə artırmaq, sağlam həyat tərzini məqsəd qoymaq və ömür müddətini 90 ilədək artırmaq;

Bunlar Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən təqdim olunan “Ermənistanın 2050-ci ilədək transformasiya strategiyası” siyahısının bir hissəsidir.

Paşinyan deyir ki, strategiyanın düsturları ambisiyalar və xəyallardır, bunun köməyi ilə erməni cəmiyyəti ölkənin hara getdiyini və Ermənistanı 2050-ci ildə necə gördüyünü anlamalıdır.

Eyni zamanda, siyasi spekulyasiyaların yaranmaması üçün, əvvəlcədən qeyd edir ki, bütün bunlar özü və komandasının 2050-ci ilə qədər hakimiyyətdə qalmağı planlaşdırdıqları mənasını vermir.

Yuxarıda deyilənlərə əlavə olaraq, Paşinyanın strategiyasına görə “Ermənistan 2050-ci ilədək dünyanın ən güclü ordusuna” və “dünyanın ən güclü kəşfiyyat xidmətlərindən birinə” sahib olmalıdır. Ümid edilir ki, bu niyyət Dağlıq Qarabağ və ətraf 7 rayonun Azərbaycana qaytarılmaması üçün hesablanmayıb. Mövcud vəziyyətə nəzər saldıqda bu niyyətin arxasında işğal siyasətinin davam etdirilməsinin gizləndiyi açıq görünür.

Ermənistan Baş nazirinin ambisiyaları arasında “ən yaxşı ali təhsil sistemi” də var.

“2050-ci ilə qədər üç erməni universiteti dünyanın ən yaxşı 200-lüyünə daxil olmalıdır.”

Paşinyan ölkənin yeni strategiyasını daha yaxşı başa düşmək və ictimaiyyəti bu işə cəlb etmək üçün “Ermənistan 2050” veb-saytının yaxın gələcəkdə istifadəyə veriləcəyini, bunun təklif və tənqidlər üçün iş sahəsinə çevriləcəyini söyləyib..

Alət çubuğuna keç